Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

180 rus əsgəri “Vaqner”ə təslim oldu

180 rus əsgəri “Vaqner”ə təslim oldu

Tarix: 24 Iyun 2023 13:00

180 rus hərbçisi Buqayevka sərhəd-keçid məntəqəsində "Vaqner"in hərəkətinə mane olmaqdan imtina edərək onlara təslim olub.

Sonxeber.net bildirir ki, bununla bağlı "Ukrayna Onlayn" Teleqram kanalı görüntü paylaşıb.

Qeyd edək ki, ötən gün axşam saatlarında Yevgeni Priqojin Rusiya müdafiə naziri Sergey Şoyqunun Rostova gələrək, "Vaqner"in qərargahlarına hücum əməliyyatına rəhbərlik etdiyini iddia edib. Onun sözlərinə görə, "Vaqner" qərargahlarına endirilən zərbələr nəticəsində yüzlərlə ölən və yaralanan var.

Bundan sonra Priqojin "25 minlik ordu ilə" Rostova doğru hərəkət etdiyini açıqlayıb. Ona qarşı Rusiya FTX və Baş Prokurorluq "hərbi çevrilişinə cəhd" maddəsi ilə cinayət işi başladıb, Moskva, Voronej və Rostovda antiterror rejimi tətbiq edilib.

"Vaqner"in gecə saatlarında Rostovu, səhər isə Voroneji ələ keçirdiyi, hazırda isə Moskvaya doğru hərəkət etdiyi bildirilir.


Etiketlər:  əsgəri Vaqnerə təslim oldu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ