Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Afranın sevgilisinə dostu ilə xəyanət etdiyini deyənləri belə susdurdu - FOTO

Afranın sevgilisinə dostu ilə xəyanət etdiyini deyənləri belə susdurdu - FOTO

Tarix: 25 Iyun 2023 16:40

Xəbər verdiyimiz kimi, ötən gün türkiyəli aktyorlar Afra Saraçoğlu və Mərt Ramazan Demirin sevgili olduğu təsdiqlənib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, cütülüyün səmimi görüntülərinin yayılması müzakirələrə səbəb olub. Afranın keçmiş sevgilisindən Mərtə görə ayrılması ilə bağlı iddiaları xatırladan sosial media izləyicilərindən biri videoya "Dərs 1: Dostlarını sevgilinlə yaxın tutma" deyə, şərh yazıb. Onun bu şərhinə münasibət bildirənlər arasında müğənni Demet Akalın da olub. O, Afra ilə sevgili olarkən aktyor Mərt Yazıcıoğlunun hənkarı Dilan Çiçək Dənizə necə baxdığını xatırladıb:

"Sevgilin yanında olduğu halda başqasına başdan-ayağa baxırsa, yaxşı olur".

Qeyd edək ki, Afra ilə Mərt hazırda "Yalı çapkını" serialında tərəf müqabilidirlər. Cütlük haqqında eşq iddiaları çıxandan sonra Yazıcıoğlu ilə 4 illik münasibətlərini sonlandırmışdı. Aktyor isə bundan sonra Dilanla münasibətə başlayıb.

Bu müddət ərzində Yazıcıoğlunun Afra ilə sevgili olduğu zamanlar, tədbirlərdən birində Dilana baxışları müzakirə yaratmışdı. Yazıcıoğlu ilə Dəmir bnu hadisələrə qədər yaxın dost idilər.

Milli.Az


Etiketlər:  Afranın sevgilisinə dostu ilə xəyanət etdiyini deyənləri belə susdurdu FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ