Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Allah eleməsin Aynurla barışım'' - VİDEO

''Allah eleməsin Aynurla barışım'' - VİDEO

Tarix: 27 Iyun 2023 09:10

"Allah mənə o günü göstərməsin ki, mən küsdüyüm Aynur Dadaşova ilə barışam. Əgər mən onu tanıyıramsa, yalandan ikinci dəfə saxta söhbət etməyə dəyməz. Aynur xanım idisə,  özünü gərək xanım kimi də aparardı. Mən bəyəm özümü də bəy kimi aparıram. Bitdi!"

Sonxeber.net bizim media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Niyam Salami bir zamanlar duet oxuduğu, aralarından su belə keçməyən indi isə "qanlı bıçaq" olduğu xanım həmkarı Aynur Dadaşova barəsində qonaq olduğu "Günaydın, Azərbaycan!" səhər şousunda deyib.

Proqramın aparıcısı Xoşqədəm Hidayətqızının "Aynur Dadaşova ilə ailə qurmaq planı sənin yoxsa Aynurun ideyası idi?" sualına Niyamın cavabı sərt olub:

"Aləmi Aynur qatıb. Söhbət boşanmaya qədər uzandı. Heç mənim bu söhbətlərdən xəbərim belə yox idi. Biz gözəl layihə etməyi düşünürdük. Bu layihə üçün isə bir yerdə fotosessiya etməli idik. Həmin fotolar üçün isə Aynur gəlinlik libası geyinməli idi. Aynur çıxdı efirlərə qatdı aləmi bir-birinə, məni də qoydu ortada. Heç bilmədim məsələ ilə bağlı nə danışım,  nə deyim.

Layihənin sponsoru vardı. Aynur bu layihədən 200 min manat qazanmaq istəyirdi. Amma mən o 200 mində "i" hərifini belə görməmişəm.

"Mən səni sevmişəm, özüm də bilmədən" adlı məşhur mahnını oxumalı idik. Dedim ki, Aynur. gəl birlikdə fotosessiya edib, klip çəkdirək. Çünki bu mahnının klipi də yox idi. Mən toy məsələsini düzüb-quraşdırmamışam. Hər şeyi Aynur özü edib. İndi özü də cavabını versin".

Qeyd edək ki, Aynur Dadaşova ilə Niyam Salaminin dostluqlarının bitməsinə səbəb xanım müğənninin həmkarına düşmən kəsilən şəxslərlə restoran açması olub.


Etiketlər:  Allah eleməsin Aynurla barışım VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ