Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Afra ona təhqir yazanları məhkəməyə verəcək

Afra ona təhqir yazanları məhkəməyə verəcək

Tarix: 27 Iyun 2023 11:00

"Yalı çapkını" serialının ulduzu Afra Saraçoğlu tərəf müqabili Mert Ramazan Demirlə eşq yaşadığını təsdiqləyən fotolara yazılan təhqirlərdən narahat olub.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, təhqirə məruz qalan aktrisa məhkəməyə müraciət edəcək.

Mert Yazıcıoğlu ilə 4 illik münasibətinə son qoyan, hər fürsətdə Mertlə eşq iddialarını yalanlayan Saraçoğlunun öpüşən yerdə çəkilən fotolarına heç də xoş sözlər yazılmayıb. Görüntülərin ardından Yazıcıoğlunu dostu ilə aldatdığı iddia edilən Afra mənfi şərh yazanların hamısını şikayət edəcəyini bildirib.

Sənətçinin menecerliyini edən şirkət bununla bağlı paylaşım edərək "Afra Saraçoğlu haqqında internet və sosial mediada təhqir dolu paylaşımlar üçün məhkəməyə müraciət edəcək. Həmin şəxslər haqqında araşdırma aparılacaq. Heç kimin şərəf və ləyaqəti təhqir edilə bilməz. Bu addımı atanlar 3 aydan iki ilə qədər həps, eyni zamanda pul cəzası ala bilər" sözlərini yazıb.


Etiketlər:  Afra təhqir yazanları məhkəməyə verəcək


RƏYLƏR