Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyun 2023 11:38
ABŞ Rusiya nüvə silahlarının Belarusa daşınmasını qeydə almayıb.
Sonxeber.net Axar.az-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamenti Belarus Prezidenti Aleksandr Lukaşenkonun nüvə silahının böyük hissəsinin ölkəyə ötürülməsi ilə bağlı sözlərini şərh edərkən deyib.
"Vaşinqton özünün nüvə və qeyri-nüvə qüvvələrini tənzimləmək üçün heç bir səbəb görmür. Rusiya nüvə dövləti kimi öz nüvə qüvvələrinə komandanlıq, nəzarət və sərəncam vermək, həmçinin strateji sabitliyə təhlükə yaradan hərəkətlərin edilməməsini təmin etmək üçün xüsusi məsuliyyət daşıyır",- ABŞ Dövlət Departamentinin sözçüsü qeyd edib.