Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2023 08:38
1945-ci ilin mayında faşist Almansiyasının lideri Adolf Hitlerlə birlikdə bunkerdə olmuş, nasist imperiyasının süqutunun sonuncu şahidi Yohanna Ruf 94 vəfat edib.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə onun 2017-ci ildə nəşr olunmuş xatirələri üzərində işləyən jurnalist Viland Qibel məlumat yayıb. Ruf Hitler və bir çox nasist məmurlarının son günlərini keçirdiyi Berlin bunkerində köməkçi olub.
Qeyd edilir ki, nasist Almaniyasının lideri üçün işləyəndə onun cəmi 15 yaşı olub.
Ruf 27 aprel 1945-ci ildən Alman Qızları Birliyinin 30-a yaxın digər üzvü ilə birlikdə çalışmışdı və nasistlərin baş təbliğatçısı Jozef Gebbelsin altı övladını öldürülməzdən əvvəl görən son insanlardan biri idi.
Qibel bildirib ki, o, Yohanna Rufun hekayəsi birmənalı deyil, çünki o, "nasist təbliğatına töhfə vermək istəmirdi". Bununla belə, həmin hadisələri o dövrdə olduğu kimi təsvir etməyi vacib sayırdı.
Jurnalist qeyd edib ki, Ruf və Hitlerlə bunkerdə olan başqalarının ifadələri nasist Almaniyasının liderinin hansısa yolla sağ qala biləcəyinə dair bütün sui-qəsd nəzəriyyələrini təkzib edir.
Viland Qibel vurğulayıb ki, Yohanna Ruf nasizmi inkar edib və rejimdəki roluna və iştirakına görə məsuliyyəti başqasının üzərinə atmayıb.