Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ölkə üzrə 138 ünvanda qurbanlıq heyvanların satışı həyata keçirilir - VİDEO

Ölkə üzrə 138 ünvanda qurbanlıq heyvanların satışı həyata keçirilir - VİDEO

Tarix: 29 Iyun 2023 09:26

Azərbaycanda müqəddəs Qurban bayramı qeyd olunur.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, səhər saatlarından insanlar qurbanlıq heyvanların satış və kəsim məntəqələrinə yollanıblar.

Çəkiliş apardığımız satış və kəsim məntəqələrində yüzlərlə xırdabuynuzlu heyvan satışa çıxarılıb. Hər kəs öz büdcəsinə uyğun qurbanlıq heyvan axtarırdı.

Qurbanlıq iribuynuzlu heyvanların satıldığı məntəqələrdə də olduq. Məntəqə rəhbəri Teyyub Mirzəyev bildirdi ki, iribuynuzlu heyvanların əksəriyyəti bir neçə gün əvvəldən sifariş edilib.

Qida Təhlükəsizliyi Agentliyinin nümayəndəsi Rəşad Mehdizadə bildirdi ki, bayram günlərində ölkə üzrə 138 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi yerləri fəaliyyət göstərir.

Qurum rəsmisi əlavə edib ki, vətəndaşlar yol kənarlarında, eləcə də qeyd olunan ünvanlardan kənar yerlərdə satış və kəsimin şahidi olduqda Agentliyin 1003 çağrı mərkəzinə məlumat verə bilərlər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Ölkə üzrə ünvanda qurbanlıq heyvanların satışı həyata keçirilir VİDEO


RƏYLƏR