Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Tövbə etdim ki, mahnımı oxumağa verməyəcəyəm"

Tarix: 29 Iyun 2023 22:20

"Gənc nəsil mahnılarımı oxuyur, heç adımı da çəkmirlər. Mən həmin ifaçıların adlarını çəkib, onları zədələmək istəmirəm. Gənc ifaçılardan biri repertuarımdakı mahnını ifa etmək istədi. İcazə verdim, oxudu. Oxuyandan sonra isə görürəm ki, əda çıxarır".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev "Səhər mərkəzi" verilişində deyib. Sənətçi həmin şəxsi başqa proqramların birində biabır etdiyini bildirib:

"O gənc müğənni ilə bir proqrama getmişdik. Heç orada mənə demir ki, Ağadadaş müəllim olar ki, mən sizin mahnınızı oxuyum. Axı, o proqramda canlı korifey, ustad kimi oturmuşam. Orada hirsləndim. Durdu əda ilə mahnımı oxudu. Orada onun özünə bildirməsəydim, burada heç deməzdim. Orada fikrimi daha kəskin şəkildə dedim. Bu hadisədən sonra tövbə etdim ki, bir daha heç kimə öz mahnımı oxumağa imkan verməyəcəyəm. Mən özümdə o mahnıları yenidən oxuyacağam. Gənclər oxusunlar, amma bir az ədəbli olsunlar. Tövbə etdirməsinlər. Çünki indi müəllif hüquqlarımız aktiv fəaliyyətdədir. Ona görə də biz o aktivliyin içində olmalıyıq, kənarda qala bilmərik".

Milli.Az


Etiketlər:  Tövbə etdim ki mahnımı oxumağa verməyəcəyəm


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ