Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Iyun 2023 08:42
Osiyek şəhər prokurorluğu İspaniyanın "Real Madrid" futbol klubunun və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç və Fransanın "Lion" klubunun xorvatiyalı müdafiəçisi Deyan Lovreni yalan ifadə verməkdə ittiham edib.
Sonxeber.net "report"a istinadən bildirir ki, bu barədə Xorvatiyanın "Hina" agentliyi məlumat yayıb.
Modriç və Lovren 2017-ci ildə Zaqrebin "Dinamo" futbol klubunun keçmiş prezidenti Zdravko Mamiçə qarşı açılan cinayət işində yalan şahidlikdə ittiham olunurlar.
Mamiç "Dinamo"nun oyunçuları xarici komandalara keçərkən vergidən yayınmaqda və 15 milyon avrodan çox pul mənimsəməkdə ittiham olunurdu. Nəticədə Mamiç 6,5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2017-ci ildə Modriç və Lovren artıq yalan ifadə verməkdə ittiham olunsa da, 2018-ci ildə Zaqreb məhkəməsi futbolçulara bəraət qazandırıb.