Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Qarabağ" reytinq xalımızı artırdı

Tarix: 25 Oktyabr 2019 10:24

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçirilən oyunlardan sonra UEFA-nın yeni reytinqi açıqlanıb.

Qol.az xəbər verir ki, təmsilçimiz "Qarabağ"ın Bakıda APOEL-lə heç-heçəsi (2:2) Azərbaycanın xalını artırıb. Ağdam klubunun bu nəticəsi ölkəmizə 0,250 xal qazandırıb. Bu da Azərbaycanın cari mövsümdəki əmsalını 3,125-ə yüksəldib. Son 5 ilin nəticələrinə görə hesablanan reytinqimiz 18,500 xal olub.

Hazırda Avropada 26-cı sırada qərarlaşan Azərbaycan 25-ci yerdəki Qazaxıstanla fərqi 0,250 xala endirib.

 


Etiketlər:  Qarabağ reytinq xalımızı artırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ