Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britaniya kəşfiyyatı: Rusiya müharibə ilə əlaqədar əlavə hərbi xərclərlə üzləşib

Britaniya kəşfiyyatı: Rusiya müharibə ilə əlaqədar əlavə hərbi xərclərlə üzləşib

Tarix: 30 Iyun 2023 15:22

Britaniya kəşfiyyatı: Rusiya müharibə ilə əlaqədar əlavə hərbi xərclərlə üzləşibRusiya Ukraynada apardığı müharibə ilə əlaqədar əlavə hərbi xərclərlə üzləşib.

Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyinin Kəşfiyyat Xidmətinin məlumatında bildirilib.

Kəşfiyyat Xidməti Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) 2023-cü ilin iyun hesabatına istinad edərək bildirib ki, Rusiyanın 2023-cü il üçün hərbi xərclər büdcəsi təxminən 6,6 trilyon rubldur (85,8 milyard dollar).

"Bu, Ukraynanın işğalından əvvəl 2021-ci ildəki 3,6 faizlə müqayisədə Rusiya ÜDM-nin təxminən 4,4 faizinə bərabərdir".

Britaniya Müdafiə Nazirliyi eyni zamanda qeyd edib ki, Rusiyanın həqiqi hərbi xərcləri şəffaflığın olmaması səbəbindən qeyri-müəyyən olaraq qalır.

"Müdafiə büdcəsinin yalnız bir hissəsi Ukraynadakı müharibəyə xərclənsə də, xərclərin artması Rusiyanın Ukraynadakı fəaliyyətinin baha başa gəldiyini göstərir. Bundan əlavə, Rusiya demək olar ki, müharibə ilə əlaqədar əlavə birbaşa büdcə müdafiə xərcləri ilə üzləşir ki, bura işğal olunmuş bölgələrdə təhlükəsizlik xərcləri və Ukrayna ilə həmsərhəd bölgələrdə müdafiə tədbirlərinin gücləndirilməsi üçün xərclə daxildir".


Etiketlər:  Britaniya kəşfiyyatı Rusiya müharibə ilə əlaqədar əlavə hərbi xərclərlə üzləşib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ