Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya Ukrayna ilə bağlı gizli görüşün məzmunundan xəbər tutub

Rusiya Ukrayna ilə bağlı gizli görüşün məzmunundan xəbər tutub

Tarix: 30 Iyun 2023 20:00

Rusiya Federasiyasına dost ölkələrin üzvləri iyunun 24-də keçirilən gizli görüşün təfərrüatlarını Moskvaya danışıblar.

Sonxeber.net musavat.com-a istinadən bildirir ki, Rusiyaya dost ölkələrin üzvləri Moskva nümayəndələrinə iyunun 24-də Kopenhagendə Ukrayna üzrə keçirilən görüşün təfərrüatlarını açıqlayıblar.

"Bizimlə dostluq münasibətləri saxlayan ölkələrin bir çox nümayəndələri Kopenhagen görüşündən sonra səfirlərimizi məlumatlandırıblar", - mənbə bildirib.

Onun sözlərinə görə, görüşdə Ukraynanın müttəfiqləri Rusiya Federasiyasına yaxın olan ölkələri "bişirməyə" çalışıblar. Agentliyin mənbəsi belə dövlətlərin BRİKS üzvlərinin olduğunu izah edib.

Bundan əvvəl ARD telekanalı məlumat vermişdi ki, iyunun 24-də Kopenhagendə Qərb ölkələri, eləcə də Cənubi Afrika, Braziliya, Çin və Hindistan diplomatlarının iştirakı ilə Ukrayna ilə bağlı məxfi toplantı keçirilib.


Etiketlər:  Rusiya Ukrayna ilə bağlı gizli görüşün məzmunundan xəbər tutub


RƏYLƏR