Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəstəxanaya yerləşdirilən Madonnanın vəziyyəti necədir?

Xəstəxanaya yerləşdirilən Madonnanın vəziyyəti necədir?

Tarix: 1 Iyul 2023 15:52

Xəbər verdiyimiz kimi, məşhur müğənni Madonna bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, infeksiyadan müalicə olunduqdan sonra xəstəxanadan daha əvvəl buraxılan ulduz hələ də özünü pis hiss edir. İfaçının yataqdan qalxmadığı bildirilib. Bu barədə müğənniyə yaxın mənbələr "TMZ"yə məlumat verib.

Nəşrin məlumatına görə, hazırda Nyu-Yorkdakı evində olan 64 yaşlı müğənni hələ də davamlı ürəkbulanmalardan əziyyət çəkir. Həmçinin Madonna hələ də yataqdan qalxa bilmir. 

Xəstəliyinə baxmayaraq Madonna turneyə çıxmağı istəyib. Lakin onun meneceri Qay Ozri iyulun 15-nə planlaşdırılan ilk konserti başqa vaxta planlaşdırır.

Milli.Az


Etiketlər:  Xəstəxanaya yerləşdirilən Madonnanın vəziyyəti necədir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR