Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Suyun tapılmayan vaxtı Bakının bu qəsəbəsində küçəyə axıdılır... - VİDEO

Suyun tapılmayan vaxtı Bakının bu qəsəbəsində küçəyə axıdılır... - VİDEO

Tarix: 1 Iyul 2023 16:16

Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində içməli su borusu partlayıb. Zahid Qəmbərov 2 ünvanında yerləşən yaşayış binasının sakinləri isə vəziyyətdən narazıdır.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki,suyun həyətə sızması xüsusilə birinci mərtəbədə yaşayan ailələrə çətinlik yaradıb.

"Borudan sızan su binanın altına axır və ətrafa qoxu yayır."

Borunun su sızdırması həm də ətrafda yaşayan digər sakinlərin evlərinə gedən suyun təzyiqini azaldır.

Məsələ ilə bağlı "Azərsu" ASC-yə müraciət etdik.

Qurumdan bildirildi ki, sözügedən su xətti istismar müddətini başa vurub.

Yaxın zamanda su borusunun yararsız olan hissəsi kəsilərək yenisi ilə əvəz olunacaq.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Suyun tapılmayan vaxtı Bakının bu qəsəbəsində küçəyə axıdılır VİDEO


RƏYLƏR