Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2023 22:38
Rusiyada yeni qiyam uzaqda deyil.
Sonxeber.net musavat.com-a istinadən bildirir ki, belə proqnozla Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçmiş zabiti, qondarma "Donetsk Xalq Respublikası"nın sabiq "müdafiə naziri" İqor Girkin çıxış edib. Onun fikrincə, "Vaqner" qiyamına görə heç kimin cəzalandırılmaması Rusiyadakı bəzi qüvvələri qiyama həvəsləndirir.
Girkin bildirib ki, "Vaqner" qiyam zamanı 6 helikopter, 1 təyyarə vurub, 10-dan yuxarı hərbi pilotun həyatına son qoyub, lakin buna görə qiyamçılar nəinki cəzalandırılmayıb, əksinə, onlara tam hərəkət sərbəstliyi verilib: "Bundan başqa, cənab Priqojin Rusiyanın dövlət sərhədini sərbəst keçir, Peterburqda yaşayır, hakimiyyət isə "belə də lazımdır" görüntüsü yaradır. Qiyam vaxtı özünü adekvat aparmayan, qorxaqlıq edən bir vəzifəli şəxs belə işdən azad olunmayıb, qiyam vaxtı xaricə qaçan ali dövlət xadimləri - hamısı öz yerində qalmaqdadır. Prezidenti xatırladan şəxsin(Putinin - red) dilindən onları töhmətləndirən bir kəlmə, bir işarə belə səslənmədi".
İ.Girkinə görə, məhz cəzasızlıq Rusiyada tezliklə yeni qiyamları stimullaşdıracaq: "Növbəti üsyan uzaqda deyil. Cəbhədə iri məğlubiyyətə bağlıdır - baş verəndə qalxan üsyana qarşı heç kim çıxmayacaq. Çünki hamı gördü ki, hakimiyyəti qorumaq üçün qiyamçılara qarşı çıxıb həyatlarını itirənlərə heç kim qiymət vermədi. Onları öldürənlər cəzalandırılmadı. Adi özünüqoruma instiktini belə itirmiş şəxslərin rəhbərlik etdiyi ölkəni xilas etmək mümkün deyil"...