Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Bayden ABŞ Konstitusiyasını pozmaqda İTTİHAM EDİLDİ

Bayden ABŞ Konstitusiyasını pozmaqda İTTİHAM EDİLDİ

Tarix: 2 Iyul 2023 07:54

ABŞ Prezidenti Co Bayden Rusiya ilə döyüşmək üçün Ukraynaya texnika və əsgər göndərməklə konstitusiyanı pozub.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, bu barədə amerikalı köşə yazarı Endryu Napolitano "The Washington Times" (WT) üçün yazdığı məqalədə bildirib.

Müəllifin fikrincə, ABŞ Konstitusiyası ona məhəl qoymayan vicdansız, korrupsioner siyasətçilərin" əlinə keçib:

"Nəticə günahsız insanların ölümü, sonsuz borclar və bir çox insanın şəxsi azadlığının itirilməsi oldu".

Jurnalist hesab edir ki, ABŞ Konqresinin konstitusiyaya görə Rusiyaya müharibə elan etmək hüququ yoxdur, çünki hərbi baxımdan bunun üçün heç bir əsas yoxdur. Napolitanonun fikrincə, qanunverici orqan Əfqanıstan və İraqda olduğu kimi ABŞ liderinə elan olunmamış müharibələr aparmaq səlahiyyəti verib.

Köşə yazarı vurğulayıb ki, Kapitoliya Amerika prezidentinə 113 milyard dollar ayırıb və ona Ukrayna üçün avadanlıq almağa icazə verib.

Məqalədə deyilir ki, Vaşinqton həmçinin gizli şəkildə Amerika əsgərlərini əməliyyat üçün avadanlıqla birlikdə göndərib.

Milli.Az


Etiketlər:  Bayden ABŞ Konstitusiyasını pozmaqda İTTİHAM EDİLDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ