Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Erməni qubernatorun oğlu işçini güllələdi

Erməni qubernatorun oğlu işçini güllələdi

Tarix: 2 Iyul 2023 18:36

Zəngəzur (Sünik) vilayətinin keçmiş qubernatoru Surik Xaçatryanın oğlu Tiqran Xaçatryan 46 yaşlı vulkanizasiya işçisini güllələyib.

Milli.Az axar.az-a istinadən bildirir ki, ötən gün T.Xaçatryan əvvəlcə şəhərin mərkəzində polislərdən birinin arvadını təhqir edib, daha sonra tərəvəz satıcısını döyüb. Axşam saatlarında isə Gorus rayon sakini olan vulkanizasiya işçisini güllələyib. Güllə onun əlinə dəyib. Zərərçəkmiş xəstəxanaya yerləşdirilib.

Tiqran Xaçatryan axtarışa verilib.

İnsidentin səbəbi kimi isə T.Xaçatryanın qardaşının həbsi göstərilir. Bildirilir ki, 29 iyunda Ermənistan DİN Tavuşda əməliyyat keçirib və xeyli sayda vətəndaşı saxlayıb.

Saxlanılanlardan biri də Zəngəzurun keçmiş qubernatoru Surik Xaçatryanın oğludur.

Milli.Az


Etiketlər:  Erməni qubernatorun oğlu işçini güllələdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ