Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyul 2023 00:18
Formula Regional Championship yarışında ölümlə nəticələnən qəza baş verib.
Sonxeber.net bizim media-ya istinadla xəbər verir ki, "MP Motorspor" komandasının 18 yaşlı pilotu Dilano van`t Hoff "Spa Frankorşam" mərhələsində bolidlərin toqquşması nəticəsində həlak olub.
Belə ki, trassda qarşıdakı qəzanı görərək bolidini saxlayan gənc pilot bunun cəzasını çəkib. Nəticədə arxadan gələn Adam Fitsceraldın bolidi onun idarə etdiyi yarış avtomobilinə çıırpılıb.
Bundan sonra daha iki bolid də onun maşınına zərbə endirib. Hoff hadisə nəticəsində həlak olub, Fitscerald isə ciddi xəsarət alıb. Yarış yağışlı hava şəraitində keçirilirdi.