Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə 10 İŞİD terrorçusu saxlanılıb

Türkiyədə 10 İŞİD terrorçusu saxlanılıb

Tarix: 25 Oktyabr 2019 13:08

Bakı. Rufiz Hafizoğlu - Trend:

Türkiyənin Adana vilayətində xüsusi əməliyyat keçirilib.

Trend-in məlumata görə, əməliyyat zamanı İŞİD terror təşkilatının 10 üzvü saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin Suriya və İraq ərazisində fəaliyyət göstərən silahlı dəstələrin tərkibində olduqları müəyyən edilib.

Saxlanılan şəxslərin vətəndaşlığı açıqlanmır. Xüsusi əməliyyat zamanı onların silahlı müqavimət göstərdiyi bildirilib.

Qeyd edək ki, Türkiyənin Adana, Mersin və Tekirdağ əyalətlərində bu il iyunun 12-də 19 İŞİD silahlısı saxlanılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Türkiyədə İŞİD terrorçusu saxlanılıb


RƏYLƏR