Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İran vətəndaşlarının Azərbaycandakı NARKOTİK biznesinə qarşı mübarizə davam edir... - VİDEO

İran vətəndaşlarının Azərbaycandakı NARKOTİK biznesinə qarşı mübarizə davam edir... - VİDEO

Tarix: 4 Iyul 2023 16:50

İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən dəstənin ölkəmizdəki üzvlərinə qarşı əməliyyat keçirilib.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin keçirdiyi tədbirlər nəticəsində Vaqif Novruzov və İsmayıl Piriyev, habelə Şirvan şəhər sakini Ülvi İbrahimov saxlanılıblar.

Onlardan 17 kiloqram marixuana və 16 kiloqram heroin aşkar edilib. Araşdırma nəticəsində müəyyən edilib ki, saxlanan şəxslər şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşları ilə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun ölkə ərazisinə müxtəlif qanunsuz yollarla göndərdiyi narkotikləri satmaq niyyəti ilə qəbul ediblər.

Baş İdarə əməkdaşları tərəfindən həmçinin Sumqayıt şəhəri, Balakən, Qusar, Sabirabad və Xaçmaz rayonlarında əməliyyatlar həyata keçirilib. Nəticədə qanunsuz olaraq odlu silah əldə edib saxlayan şəxslər - Teymur Nərimanov, Samir Şəkiliyev, Emin Bağıyev, Bəyanət Əsgərov və Eldəniz Fərzəliyev yaxalanıblar. Teymur Nərimanovdan 1 ədəd "Minta-37" markalı tapança, 1 ədəd patron, 1 ədəd patron darağı, Samir Şəkiliyevdən 1 ədəd "Naqan" markalı tapança, Emin Bağıyevdən "AKS-74" markalı avtomat , 1 ədəd patron darağı, 27 ədəd patron, Bəyanət Əsgərovdan 1 ədəd lüləsi və qundağı kəsilmiş "TOZ" markalı ov tüfəngi, Eldəniz Fərzəliyevdən isə " Kalaşnikov" markalı avtomat, 19 ədəd patron və 1 sandıqça aşkar olunaraq götürülüb.

Qeyd olunan faktlarla əlaqədar cinayət işləri başlanıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Mövzu ilə bağlı "Xəbər Ertəsi"nin hazırladığı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  İran vətəndaşlarının Azərbaycandakı NARKOTİK biznesinə qarşı mübarizə davam edir VİDEO


RƏYLƏR