Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu ilin 3 iyulu bütün zamanların ən isti günü olub

Bu ilin 3 iyulu bütün zamanların ən isti günü olub

Tarix: 5 Iyul 2023 08:02

Bu ilin iyul ayının 3-də dünya bütün zamanların ən isti gününü yaşayıb.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə ABŞ meteorologiya xidmətinin Ətraf Mühitin Mühafizəsi üzrə Milli Mərkəzi (NCEP) məlumat yayıb.

Qlobal orta temperaturun 17,01 dərəcə olaraq ölçüldüyü iyulun 3-ü dünyada bütün zamanların ən isti günü kimi qeydə alınıb.

Məlumatına görə, qeydə alınan rekord temperatur 2016-cı ilin avqustunda ölçülən 16,9 dərəcəni keçib.

Bildirilib ki, ABŞ son həftələrdə isti dalğasının təsiri altında olsa da, Çin 35 dərəcəni keçən temperaturla mübarizə aparır.

Hindistanda isə həddindən artıq istilər 150-dən çox insanın ölümünə səbəb olub.


Etiketlər:  ilin iyulu bütün zamanların isti günü olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ