Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2023 19:38
Avropada islamofobiya sanki epidemiyaya çevrilib.
Sonxeber.net TurkicWorld-a istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Hakan Fidan bugün Bakıda keçirilən Qoşulmama Hərəkatının nazirlər toplantısındakı çıxışı zamanı deyib.
"Müsəlmanlara, Afrika və Asiya əsilli vətəndaşlara, yəhudi və mühacirlərə qarşı kin və nifrət müasir dünyada çox yüksək həddə çatıb. Xüsusilə, Avropada islamofobiya qarşı hücumla epidemiya halını alıb. Milyarlarla insanın müqəddəs kitabı olan Quranı-Kərimi yandırmaq, ifadə azadlığı adı altında bu hərəkətə icazə vermək milyardlarla insana qarşı açıq-aşkar təhqirdir", - deyə nazir bildirib.
Xatırladaq ki, iyunun 28-də İsveçdə Qurban bayramının ilk günü polis əməkdaşlarının qoruması altında Quranın yandırıldığı təxribat xarakterli aksiya həyata keçirilib.