Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Iyul 2023 20:15
Müğənni Yıldız Tilbe İstanbulda konsert proqramı ilə çıxış edib.
Sonxeber.net olay-a istinadən bildirir ki, ifaçı konsertinə məşhur "Delikanlım" mahnısı ilə başlayıb.
Bir müddət öncə saçlarını kəsdirən Tilbe səhnədə parikini çıxarıb. Onun bu hərəkəti tamaşaçılar tərəfindən alqışla qarşılanıb.
"Saçlarımı bəyəndiniz? Saçlarım, qaşlarım çox gözəldir, Allaha şükür. Saçlarım ağarıb. Parik taxanda 35, taxmayanda 60 yaşında görünürəm. Şükürlər olsun" - deyə Yıldız Tilbe tamaşaçıları güldürüb.