Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2023 23:09
İyulun 6-da xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatı Əlaqələndirici Bürosunun Nazirlər iclası çərçivəsində Nepal Federativ Demokratik Respublikasının xarici işlər naziri Narayan Prakaş Saud ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsindən Sonxeber.net-a bildirilib ki, görüş zamanı, Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi təqdir olunub.
İki ölkə arasında siyasi məsləhətləşmələrin aparılmasının əhəmiyyətini, iki ölkənin müvafiq qurumları arasında əlaqələrin həm ikitərəfli, həm də çoxtərəfli platformalar çərçivəsində inkişaf etdirilməsinin vacibliyini, xüsusilə də turizm sahəsində əməkdaşlıq üçün böyük potensialın olduğu vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.