Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Gördüm ki, başım fırlanır - İçməyən Elgiz niyə "piyan" olub? - VİDEO

Gördüm ki, başım fırlanır - İçməyən Elgiz niyə

Tarix: 7 Iyul 2023 13:25

Aparıcı Elgiz Əkbər aparıcısı olduğu verilişdə başına gələn xoşagəlməz hadisədən danışıb.

Milli.Az xəbər verir ki, yay aylarında dostları ilə Türkiyəyə, "Kuşadası"na dincəlməyə gedən aparıcı bilmədən spirtli içki içdiyini deyib:

"İçki içən adam olsam bunu etiraf edərəm, amma elə adam deyiləm. İstirahət etdiyimiz yerdə hovuzun kənarında sərinləndirici içki aparatı var idi. İstənilən düyməni basıb həmin içkilərdən içə bilirsən. Bu sulardan içdim. Bir də gördüm ki, başım fırlanır. İş yoldaşıma dedim ki, görəsən başım niyə fırlanır? Özümü yaxşı hiss etmirdim. Halım özümdə deyildi. İş yoldaşım dedi ki, mən də sənin günündəyəm. Sonra öyrəndik ki, içkilərin hamısında spirt var". (publika)

Milli.Az


Etiketlər:  Gördüm ki başım fırlanır İçməyən Elgiz niyə piyan olub VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ