Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avtomobilin mühərrikində temperaturun yüksəlməməsi üçün nələrə diqqət edilməlidir? - VİDEO

Avtomobilin mühərrikində temperaturun yüksəlməməsi üçün nələrə diqqət edilməlidir? - VİDEO

Tarix: 7 Iyul 2023 16:10

İsti havalar avtomobillərə də təsirsiz ötüşmür. Həm paytaxt yollarındakı tıxaclar, həm də bölgələrə edilən uzun səfərlər zamanı bəzi nəqliyyat vasitələrinin mühərrikində temperatur normadan artıq yüksəlir. Bu vəziyyət mühərrikin sıradan çıxmasına, hətta avtomobilin alışmasına gətirib çıxara bilər.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, ustalar deyirlər ki, mühərrikin temperaturunun normadan kəskin yüksəlməsinə müxtəlif amillər səbəb olur.

Bəzən sürücülər ya fərqli soyutma mayesindən istifadə edirlər, ya da soyutma sisteminə müxtəlif qatqılar əlavə edirlər. Nəticədə temperatur yüksəlir və qızma baş verir.

Elektrik Müqəddəs Həmzəyev isə bildirir ki, yay aylarında daha çox bölgələrə səfər zamanı mühərrikin qızması halları müşahidə edilir. Usta həmçinin istismar müddəti bitən və mühərrik gücü zəif olan avtomobillərin də istiyə davamlı olmadığını deyir.

Ustalar deyirlər ki, əgər nəqliyyat vasitəsində anidən temperatur yüksəlibsə, mühərriki söndürmək, soyutma sisteminin qapağını açmaq qəti şəkildə olmaz.  İlkin tədbir kimi mühərrik hissəsinə soyuq su vurmaq, temperaturun tədricən enməsini gözləmək lazımdır.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Avtomobilin mühərrikində temperaturun yüksəlməməsi üçün nələrə diqqət edilməlidir VİDEO


RƏYLƏR