Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Anomal hava şəraiti davam edir... - VİDEO

Anomal hava şəraiti davam edir... - VİDEO

Tarix: 8 Iyul 2023 15:34

Xəbər verdiyimiz kimi, sabahdan bəzi bölgələrdə isti hava şəraiti yağışla əvəz olunacaq.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, əsasən Gəncə-Qazax, Daşkəsən-Gədəbəy, Balakən-Şəki bölgələrinin bəzi yerlərində yağıntılar leysan xarakterli olacaq

Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev bildirib ki, bəzi dağ çaylarında qısamüddətli selin keçməsi də gözlənilir.

Bakıda və Abşeron yarımadasında isə yaxın iki gün ərzində günəşli hava şəraiti müşahidə olunacaq. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperatoru günorta saatlarında 39 dərəcə istiyə qədər artacaq.

Baş hidroloq ayın Bakı və Abşeron yarımadası ərazisində 10-u və 11-ə olan hava proqnozu barədə də danışıb.

8-i və 9-u isə dəniz suyunun temperatoru şimal çimərliklərində 24-25 dərəcə, cənub çimərliklərində isə 26-27 dərəcə olacağı gözlənilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Anomal hava şəraiti davam edir VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ