Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Britninin döyülmə kadrları yayıldı - VİDEO

Britninin döyülmə kadrları yayıldı - VİDEO

Tarix: 8 Iyul 2023 15:58

Tanınmış müğənni Britni Spirsin basketbolçu Viktor Vembanyama ilə şəkil şəkdirmək istəyərkən idmançının mühafizəçisi tərəfindən şiddətə məruz qaldığı anın görüntüləri yayılıb.

Sonxeber.net olay-a istinadən bildriir ki, görüntülərdə ifaçının sadəcə Vembamyamanın çiyninə toxunduğu qeyd edilib.

19 yaşlı idmançı isə iddia edib ki, Britni qəfil onu arxadan tutub. Bu zaman onun mühafizəçisi hərəkətə keçib. NBA ulduzu müsahibəsində ona yaxınlaşan qadının üzünü görmədiyini və əvvəlcə hadisəyə o qədər də əhəmiyyət vermədiyini bildirib.

O restoranda şam yeməyi yeyərkən Britni artıq polisə ifadə verib və hadisənin təfərrüatları ilə geniş açıqlama yazıb.

Bəlli olub ki, gənc idmançıya və onun mühafizəçisinə qarşı heç bir ittiham irəli sürülməyəcək. Ötən gün Las Vegas Polis Departamentinin sözçüsü hadisə ilə bağlı istintaqın başa çatdığını bildirib.


Etiketlər:  Britninin döyülmə kadrları yayıldı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ