Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Cavanşir Məmmədovun yalan danışdığını açıqladı - VİDEO

Cavanşir Məmmədovun yalan danışdığını açıqladı - VİDEO

Tarix: 8 Iyul 2023 17:25

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cavanşir Məmmədovun qızı Xatirənin eks-sevgilisi olduğunu iddia edən Kemal Mustafa "Təsir dairəsi" verilişinə çıxaraq kömək istəyib.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, müğənni Mustafanın ona və əmlakçıya külli miqdarda borcu olduğunu deyib.

Ev alqı-satqısı ilə məşğul olan Füzuli adlı şəxs telefonla studiyaya zəng edib və C.Məmmədovu yalan danışmaqda günahlandırıb:

"Mustafanı tanıyırdım, bir dəfə Cavanşir Məmmədovun evinə baxmağa getdik. Cavanşir müəllim dedi ki, Mustafa başıma oyun açıb. Mən də təklif etdim ki, barışdırım. Mustafa gəldi, evlərinə çıxdıq. Cavanşir müəllimin xanımı xoşagəlməz sözlər dedi və biz də durub getdik. Ora pul almağa, pul verməyə getmədik. Mənə həmin şəxsin borcu yoxdur. Niyə yalandan danışım. Onun kiməsə borcu varsa, mənlik deyil. Mən əmlakçıyam, mənə şəxsən borcu yoxdur".

C.Məmmədov isə "Sənin səs yazıların var. Deyirdin, 10 min manat borcu var" sözlərini deyərək, onu təhdid edib.

Aparıcı Lalə Azərtaş isə "Onu şantaş edirsiniz, belə etməyin" deyərək, müğənniyə etiraz edib.

Qeyd edək ki, Cavanşir Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək Mustafa İbili tərəfindən aldadıldığını bildirib. Belə ki, o iddia edib ki, Mustafa İbili Cavanşir Məmmədovdan 13.000 manat və 126.500 dollar alıb və geri qaytarmayıb. M. İbili barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmə M.İbiliyə Cinayət Məcəlləsinin 147-ci maddəsi üzrə bəraət verib. O, Məcəlləsinin 148-ci, yəni təhqir əməli üzrə təqsirli bilinərək 1000 manat cərimə edilib. Mustafa isə efirə gələrək yardım istəyib.


Etiketlər:  Cavanşir Məmmədovun yalan danışdığını açıqladı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ