Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya bu halda nüvə silahı tətbiq edəcək

Rusiya bu halda nüvə silahı tətbiq edəcək

Tarix: 8 Iyul 2023 20:04

Rusiyanın nüvədən istifadə etmə ehtimalı Ukrayna ordusunun Krıma girməsi ilə bağlıdır. Krım Putinin tacındakı ləldir və o, bu "ləli" müqavimətsiz verməyəcək.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu sözləri Ukrayna Prezident Ofisi rəhbərinin sabiq müşaviri Aleksey Arestoviç deyib.

"O (Putin), beynəlxalq ictimaiyyətə təsir etmək üçün nüvə şantajından, döyüş hazırlığının artırılmasından və hədələrdən istifadə edə bilər. Çinlilər və türklər Rusiyanın nüvə silahından istifadənin qəti əleyhinədirlər", - Arestoviç bildirib.

Sabiq müşavir nüvə silahından istifadənin nəticələrindən də danışıb:

"Nüvə silahının kütləvi istifadəsi təhlükəli olacaq və ABŞ və Avropanın reaksiyasına səbəb olacaq. Bu, bütün müqavilələri pozacaq və dünya təhlükəsizliyinə təhdid yaradacaq. Onun istifadəsinin qarşısını almaq üçün bütün lazımi tədbirlər görüləcək. Əgər nüvə silahı istifadə edilsə, Qərb Ukrayna ərazisində Rusiyanın donanmasını və qoşunlarını məhv edəcək. Nüvə eskalasiyası bəzi ölkələrin nüvə silahı sahəsində öz tədqiqatlarına başlamasına səbəb olacaq. Bizə qarşı istifadə edilərsə, Ukrayna da qısa zamanda öz nüvə silahını yarada bilər".

Milli.Az


Etiketlər:  Rusiya halda nüvə silahı tətbiq edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ