Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Parklanma ödənişi üçün mobil tətbiq istifadəyə veriləcək - VİDEO

Parklanma ödənişi üçün mobil tətbiq istifadəyə veriləcək - VİDEO

Tarix: 9 Iyul 2023 10:44

Avtomobillərin parklanmasına görə ödənişlər fərqli - nağdsız qaydada ediləcək.

Milli.Az Xəzər TV-yə istinadən xəbər verir ki, bəzi sürücülər deyirlər ki, ödənişlərin nağdsız qaydada olması onların işini asanlaşdıracaq. Amma məsələyə fərqli yanaşanlar da var.

Nəqliyyat eksperti Eldəniz Cəfərov deyir ki, bununla bağlı əvvəlcə sistem müəyyənləşdirilməlidir. Sonra isə ödənişlərin hansı qaydada həyata keçiriləcəyi məlum olacaq. Onun sözlərinə görə, prosesi ödəmə terminalları vasitəsi ilə də həyata keçirmək olacaq.

Yerüstü Nəqliyyat Agentliyindən isə bildirilib ki, parklanma üçün ödənişlərlə bağlı xüsusi mobil tətbiq də istifadəyə veriləcək. Məlumata görə, bunun üçün ilkin mərhələdə müvafiq əməkdaşlar və könüllülər sürücülərə yeni sistemdən istifadə qaydalarını izah edəcəklər. Parklanmadan gələn gəlirlər isə sistemin saxlanılmasına, həmçinin dövlət tərəfindən nəqliyyat infrastrukturunun inkişafına yönəldiləcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az


Etiketlər:  Parklanma ödənişi üçün mobil tətbiq istifadəyə veriləcək VİDEO


RƏYLƏR