Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Azərbaycanda satılan bu qəndlər ZƏRƏRLİ İMİŞ - Tərkibinə normadan artıq...

Azərbaycanda satılan bu qəndlər ZƏRƏRLİ İMİŞ - Tərkibinə normadan artıq...

Tarix: 10 Iyul 2023 23:00

Azərbaycanda kəllə qənd istehsalı ilə məşğul olan "Bolluq" MMC-nin istehsal müdiri məhkəmə qarşısına çıxarılıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Abşeron Rayon Məhkəməsində keçirilən prosesdə Nadir Tağıyev (ad-soyad şərtidir) malın keyfiyyətinə dair istehlakçıları aldatmaqla təqsirləndirilib.

Belə ki, şirkətin Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn 5 ünvanında yerləşən istehsalat müəssisəsində satış üçün hazırlanan qəndlərin tərkibinə normadan artıq kükürd dioksid vurulub.

Bu addım qəndin ağardılmasına hesablanılıb.

Adiyyəti dövlət qurumlar tərəfindən şirkətin Abşeron rayonu, Xırdalan şəhəri, Bakı-Sumqayıt şossesi 13-cü kilometrdə yerləşən anbarında aparılan yoxlamalar nəticəsində 33.243,81 manat dəyərində "Oman", "Əla keyfiyyətli kəllə qənd" və "Bolluq" markası ilə müxtəlif çəkidə qablaşdırılmış qəndlər aşkarlanıb.

azerbaycanda-satilan-bu-qendler-zererli-imis

Qeyd edək ki, qəndin tərkibində kükürd dioksidin normadan artıq olması insan sağlamlığı üçün riskli hesab olunur. Belə ki, qeyd olunan maddə insan orqanizmində tənəffüs yollarının disfunksiyasına, həmçinin mədə-bağırsaq pozğunluqlarına səbəb olur.

Məhkəmə istehsalat müdirinin 7 min manat cərimələyib. Bundan başqa, o, 1 il ay müddətində dövlət və yerli özünüidarə etmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilib.

Milli.Az


Etiketlər:  Azərbaycanda satılan bu qəndlər ZƏRƏRLİ İMİŞ Tərkibinə normadan artıq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ