Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“WhatsApp”dan yeni sadələşdirilmiş funksiya - FOTO

“WhatsApp”dan yeni sadələşdirilmiş funksiya - FOTO

Tarix: 11 Iyul 2023 09:08

"WhatsApp"da yeni cihazların hesabla əlaqələndirilməsi prosesi sadələşdirilib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, artıq QR kodu olmadan - telefon nömrəsi və birdəfəlik koddan istifadə etməklə hesabları "WhatsApp Web"ə bağlamaq mümkün olacaq. Bunun üçün kompüter, yaxud notbuk vasitəsilə hesaba daxil olmaq və "Telefon nömrəsi ilə əlaqə" seçimi edilməlidir.

"Bəzən telefonlarda kamerada nasazlıq yaranır və onlar digər cihazlara qoşulanda skan edə bilmədikləri üçün tətbiqə girmək istəyəndə problemlə üzləşirlər. Bu funksiya onların işini asanlaşdıracaq", - deyə mütəxəssislər bildiriblər.

Yeniliyin tezliklə bütün istifadəçilər üçün əlçatan olacağı bildirilib.

Milli.Az


Etiketlər:  WhatsAppdan yeni sadələşdirilmiş funksiya FOTO


RƏYLƏR