Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Vaqif Poeziya Günlərində ədəbi-musiqili tədbirlər təqdim ediləcək - VİDEO

Vaqif Poeziya Günlərində ədəbi-musiqili tədbirlər təqdim ediləcək - VİDEO

Tarix: 11 Iyul 2023 12:12

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə iyulun 13-15-də keçiriləcək Vaqif Poeziya Günləri bu dəfə də maraqlı proqram vəd edir. 

Milli.Az xəbər verir ki, mədəniyyət paytaxtımız Şuşada bir sıra tədbirlərlə yanaşı Azərbaycan şairlərinin və türk xalqlarının müasir şairlərinin iştirakı ilə poeziya günü təşkil ediləcək. 

Vaqif Poeziya Günlərinin zəngin proqramına Qədim Musiqi Alətləri Ansamblının konserti də daxildir. Xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Teyyub Aslanov, Əməkdar artist Fərqanə Qasımova və digərləri Vaqifin şeirləri ilə yanaşı Xəqani Şirvani, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Mir Həmzə Nigari, Mir Möhsüm Nəvvab, Molla Pənah Vaqif, Nizami Gəncəvi, Şah İsmayıl Xətainin ölməz əsərlərindən parçalar ifa edəcəklər. 

Vaqif Poeziya Günləri zamanı ədəbi-musiqili kompozisiya da təqdim olunacaq.

Milli.Az


Etiketlər:  Vaqif Poeziya Günlərində ədəbi musiqili tədbirlər təqdim ediləcək VİDEO


RƏYLƏR