Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Düşmən Şuşadakı mövqelərimizi atəşə tutdu

Düşmən Şuşadakı mövqelərimizi atəşə tutdu

Tarix: 12 Iyul 2023 09:12

İyulun 11-i saat 23:25-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

Milli.Az-ın Müdafiə Nazirliyindən əldə etdiyi məlumata görə, bundan başqa, iyulun 12-si saat 05:45-də Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonunun Zabux yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini də atıcı silahlardan atəşə tutub.

Bölmələrimiz tərəfindən cavab tədbirləri görülüb.

Milli.Az


Etiketlər:  Düşmən Şuşadakı mövqelərimizi atəşə tutdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ