Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Gədəbəy çayında sionid maddəsi aşkarlanmayıb” - Nazir

“Gədəbəy çayında sionid maddəsi aşkarlanmayıb” - Nazir

Tarix: 12 Iyul 2023 16:30

"ETSN tərəfindən Gədəbəyin Söyüdlü kəndi ərazisində 86 nöqtədə monitorinq aparılıb". 

Milli.Az xəbər verir ki, bu barədə Gədəbəy rayonunun Söyüdlü kəndində monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın rəhbəri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev bu gün keçirdiyi brifinqdə bildirib.

M.Babayev qeyd edib ki, monitorinqlərin nəticələrinə görə, atmosferdə zərərli qazlar, radiasiya ölçülüb, göstəricilər norma daxilində olub. Ərazidən keçən Gədəbəy çayında sionid maddəsi aşkarlanmayıb: "Tullantı anbarı ilə bağlı layihədə normativlər pozulub. Ərazidə rekultivasiya işləri aparılmayıb, vahid monitorinqlə bağlı plan olmayıb.

Tullantı anbarları tikilməzdən əvvəl layihə sənədləri müvafiq orqanlarla razılaşdırılır. Lakin burada razılaşdırılma olmayıb və müvafiq sənədlər FHN-ə təqdim edilib".

Milli.Az


Etiketlər:  Gədəbəy çayında sionid maddəsi aşkarlanmayıb Nazir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ