Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tatlısəsin Berenlə bağlı sözləri qalmaqal yaratdı - FOTO

Tatlısəsin Berenlə bağlı sözləri qalmaqal yaratdı - FOTO

Tarix: 12 Iyul 2023 18:40

Türkiyəli müğənni İbrahim Tatlısəs balaca aktrisa Beren Gökyıldız haqqında "arıqlamalıdır" sözünü deyib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, ifaçı "Yeşil Vadi'nin qızının 5-6 kiloqram çəki atması lazımdır. Arıqlayanda yanaqlarındakı şiş də gedəcək. Gözəl qızımızı Ankarada kabab salonunda gördüm. Kabab sevgisi uzun çəkməz" sözləri ilə ona məsləhət verib.

13 yaşlı Berenin cavabı gecikməyib. Tatlısəsin dediyi kababçı ilə fotosunu yayımlayan aktrisa ürək emojisi qoyub.

İbrahimin sözləri aparıcı Serap Paköz tənqidi reaksiya verib. O, "Şiddətə meyilli insanları əli dayanır, amma ağzı dayanmır. İbrahim Tatlısəs bu ölkədə zorakılığın özüdür. Fiziki şiddət bir yana, psixoloji şiddətə də əl atır" deyə, o, sözlərində bildirib. 

Aparıcının açıqlamasına sosial şəbəkə izləyiciləri də dəstək olublar.

Milli.Az


Etiketlər:  Tatlısəsin Berenlə bağlı sözləri qalmaqal yaratdı FOTO


RƏYLƏR