Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Restoran menyularında servis haqqı qeyd olunmalıdırmı? - VİDEO

Restoran menyularında servis haqqı qeyd olunmalıdırmı? - VİDEO

Tarix: 13 Iyul 2023 14:52

Restoranlarda servis haqqı məsələsi tez-tez müzakirələrə çevrilir. Xüsusilə menyuların əksəriyyətində xidməthaqqının qeyd edilməməsi, bəzən isə 10 faizdən çox olması müştərilərin narazılığına səbəb olur.

Elə bu günlərdə sosial şəbəkələrdə yayılan foto da birmənalı qarşılanmayıb. 

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, "Xəbər Ertəsi"nin vatsap nömrəsinə gələn müraciətlərdən də görünür ki, bəzi restoranlarda müştərilərdən hətta 20-25 faiz servis haqqı tutulur.

"Vəziyyəti dəqiqləşdirmək üçün bəzi restoranlara müştəri kimi daxil olduq. Ancaq kadrlardan göründüyü kimi, menyularda servishaqqına dair heç nə yazılmayıb. İaşə obyenktlərinin əməkdaşları da sözügedən məlumatın menyuda qeyd edilmədiyini təsdiqlədilər və əlavə şərh vermək istəmədilər."

Sözügedən məsələ ilə bağlı vəkil Nərmin Zülfüqarlı deyir ki, qanunvericilikdə servis haqqı ilə əlaqədar hər hansı müddəa yoxdur.  Vurğulayır ki, əksər xarici ölkələrdə bu ödənişlər 10 faizə qədərdir.

Vəkil Kamandar Hüseynov da bildirir ki, menyuda xidmət haqqı məbləğinin  göstərilməməsi qanunaziddir. Qeyd edir ki, qanunda servishaqqı ilə bağlı müddəa nəzərdə tutulmadığı üçün istehlakçının xidmət haqqını ödəməkdən imtina hüququ var.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən "Xəbər Ertəsi"nə bildirildi ki, istehlakçılara məhsul və xidmətlər barədə məlumatlar menyu, çeşid siyahısı və ya digər üsullarla təqdim edilməlidir.

Əgər menyu qanuna tələblərinə uyğun olaraq dolğun tərtib edilməzsə, qiymət intizamının pozulması halı kimi sahibkar 800 manatdan 1000 manata qədər cərimələnə bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  Restoran menyularında servis haqqı qeyd olunmalıdırmı VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ