Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

NATO sammitindən görüntülər hər kəsi maraqda qoydu - FOTO

NATO sammitindən görüntülər hər kəsi maraqda qoydu - FOTO

Tarix: 13 Iyul 2023 17:32

Bir sıra vacib məsələlərin müzakirə oldunduğu və bəyanatların səslədiyi NATO-nun Vilnüs sammiti daha bir maraqlı məqamla diqqəti üzərlərinə çəkib. Söhbət Böyük Britaniyanın Baş naziri Rişi Sunakla italyan həmkarı Corciya Meloninin hamının diqqətini çəkən görüntülərindən gedir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, kadrlar vacib tədbirin keçirildiyi Litvada şam yeməyi ərəfəsində qeydə alınıb.

Videoda İtaliyanın baş naziri öz telefonunda britaniyalı həmkarına nəsə göstərməsi və bundan sonra ikisinin də qəhqəhə çəkməsi əks olunub.

Paparatsiyaların bütün səylərinə baxmayaraq onları nəyin bu qədər əyləndirdiyini öyrənmək mümkün olmayıb. Geriyə isə bu maraqlı kadrlar qalıb.

Milli.Az


Etiketlər:  NATO sammitindən görüntülər hər kəsi maraqda qoydu FOTO


RƏYLƏR