Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yanvar-iyun aylarında Ambarlı limanının qəbul etdiyi gəmilərin sayı açıqlanıb

Yanvar-iyun aylarında Ambarlı limanının qəbul etdiyi gəmilərin sayı açıqlanıb

Tarix: 14 Iyul 2023 17:48

2023-cü ilin yanvar-iyun aylarında Türkiyənin İstanbul şəhərində yerləşən Ambarlı limanı 2 min 90 gəmi qəbul edib.

Milli.Az xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, qeyd edilən müddət ərzində Ambarlı limanı Türkiyə bayrağı altında üzən 754, digər ölkələrin bayraqları altında üzən 1 336 gəmi qəbul edib.

Qeyd edək ki, bu ilin iyun ayında Türkiyə limanları 5 min 658 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 3 min 785, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 1 873 olub.

2023-cü ilin yanvar-iyun aylarında Türkiyə limanları 28 min 836 gəmi qəbul edib.

Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 20 min 97, Türkiyə bayrağı altında olan gəmilər isə 8 min 739 olub.

Milli.Az


Etiketlər:  Yanvar iyun aylarında Ambarlı limanının qəbul etdiyi gəmilərin sayı açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ