Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nikol Azərbaycanın bütövlüyünü buna görə tanıdı - Baqratyan

Nikol Azərbaycanın bütövlüyünü buna görə tanıdı - Baqratyan

Tarix: 15 Iyul 2023 05:36

Paşinyanın Ermənistanda hakimiyyətdə olduğu illər ərazilərin və müttəfiqlərin itirilməsi ilə yadda qalıb.

Sonxeber.net Axar.az-a istinadən bildirir ki, bunu bunu Ermənistanın keçmiş baş naziri, "Azadlıq" partiyasının lideri Qrant Baqratyan deyib.

"Siyasi nöqteyi-nəzərdən Ermənistan yalnız itkilər verdi: biz əraziləri itirdik, Rusiya və Belarusla mübahisə etdik, yeni müttəfiqlər tapmadıq. Üstəlik, bizim mövqelərimiz əksinə, hətta zəiflədi. Moskvanın simasında müttəfiqin itirilməsi, Rusiyanın vasitəçi kimi tanınmaması ona gətirib çıxardı ki, Qərb İrəvana diktə etməyə başladı. Təbii ki, bu diktələr Qərbin vasitəçilik səylərinin asanlaşdırılması üçün Ermənistanı güzəştlərə sövq etməklə nəticələndi. Paşinyanın da Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımasına məhz bu kontekstdən yanaşmaq lazımdır", - o bildirib.


Etiketlər:  Nikol Azərbaycanın bütövlüyünü buna görə tanıdı Baqratyan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ