Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yüzdən çox qurbanı olan təriqət LƏĞV EDİLDİ

Yüzdən çox qurbanı olan təriqət LƏĞV EDİLDİ

Tarix: 15 Iyul 2023 08:36

İspaniya Mülki Qvardiyası 100-dən çox insanın zərər çəkdiyi "La Familia del Alma" təriqətini ləğv edib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə iyulun 14-də "La vanguardia" nəşri məlumat yayıb.

"Mülki Qvardiya "Avicena" əməliyyatı zamanı təriqətin üç liderini iddia edilən cinayətlər - qeyri-qanuni birləşmə, əmək fəaliyyətinə müdaxilə, əhalinin sağlamlığına qarşı cinayətlər, cinsi təcavüz, sirlərin açıqlanması və s. əməllərinə görə saxlayıb", - xəbərdə deyilir.

Nəşrin məlumatına görə, sekta terapiya təklif edib, bu müddət ərzində qadağan olunmuş maddələrin istifadəsi ilə şaman ayinləri həyata keçirilib. Təriqət, bütün problemlərin həllinə kömək edəcəyi güman olunan "müəllim"lə görüşmək vədi ilə qurbanların hər birindən 10 000 avro tələb edib.

Zərər çəkən insanlar əsasən Tarraqona, Kastellon və Barselona əyalətlərində yaşayırlar. Polis yüzə yaxın insanın təriqət əleyhinə şikayət etdiyini bildirir.


Etiketlər:  Yüzdən çox qurbanı olan təriqət LƏĞV EDİLDİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ