Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2023 11:32
Bakının Xəzər rayonunda bıçaqlanma hadisəsi baş verib.
Sonxeber.net xəbər verir ki, hadisə Şağan çimərliyində qeydə alınıb.
Belə ki, 1996-ci il təvəllüdlü Rəhimov Mircavad Cəbrayıl oğlu dava zamanı bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Fakt üzrə araşdırma aparılır.