Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hindistanda DƏHŞƏT: 22 nəfəri ildırım vurub öldürdü

Hindistanda DƏHŞƏT: 22 nəfəri ildırım vurub öldürdü

Tarix: 17 Iyul 2023 08:02

Hindistanın şərqindəki Bihar ştatında ildırım vurması nəticəsində ən azı 22 nəfər həlak olub.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, ildırım çaxması ilə müşayiət olunan leysan yağışları və tufan ştatın bəzi ərazilərində daha şiddətli olub.

Hindistan Meteorologiya Departamenti yaxın günlərdə Biharın şərq bölgələrində güclü yağış yağacağını proqnozlaşdırır. Departament insanları yağış zamanı çölə çıxmamağa çağırıb.

Qeyd edək ki, 2022-ci ildə Hindistanda ildırım vurması nəticəsində 907 nəfər həlak olub.

Milli.Az


Etiketlər:  Hindistanda DƏHŞƏT 22 nəfəri ildırım vurub öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ