Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakıda zibillikdən tapılan körpənin vəziyyəti ağırdır - YENİLƏNİB

Bakıda zibillikdən tapılan körpənin vəziyyəti ağırdır - YENİLƏNİB

Tarix: 18 Iyul 2023 12:40

12:38

Sabunçu rayonunda məişət tullantıları qutusunda tapılan yeni doğulmuş körpə 1 saylı Körpələr Evinin göndərişi əsasında TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzin nəzdində fəaliyyət göstərən Ə.F.Qarayev adına 2 nömrəli Klinik Uşaq Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

TƏBİB-dən Milli.Az-a bildirilib ki, körpəyə mərkəzi sinir sisteminin dəqiqləşdirilməmiş zədələnməsi, düşməmiş göbək diaqnozu qoyulub. Ona ilkin tibbi yardım göstərilib, lazımı müayinələrdən keçirilib. Hazırda körpənin vəziyyəti ağırdır.

09:33

Aparılan araşdırma nəticəsində uşağın anasının Suraxanı rayonu, Hövsan qəsəbə sakini, 1992-ci il təvəllüdlü Səbinə Qasımova olduğu müəyyən edilib.

Uşaq Nəsimi rayonu 1 saylı uşaq poliklinikasına müvəqqəti yerləşdirilib.

Məlumatlara görə, S.Qasımova uşağı Nəsimi rayonunda dünyaya gətirib və Sabunçu rayonuna gələrək orada zibil qutusa atıb. Baş verən hadisə ərazidəki müşahidə kameralarına əks olunub.

----------
09:15

Bakıda 10-15 günlük körpə küçəyə atılıb.

Milli.Az xəbər verir ki, Sabunçu rayonu, Tatarski küçəsində zibil yeşiklərinin birində təxminən 10-15 günlük, qadın cinsli, parçaya bükülmüş vəziyyətə uşaq aşakar edilib.

Uşaq hazırda Körpələr evinə yerləşdirilib.

Körpənin valideynlərinin aşkar edilərək müəyyən olunması istiqamətində araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Bakıda zibillikdən tapılan körpənin vəziyyəti ağırdır YENİLƏNİB


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ