Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Oktyabr 2019 11:08
APOEL-in əfsanəvi futbolçusu Takis Antoniu Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda baş tutan “Qarabağ”la oyun (2:2) haqda danışıb.
Qol.az-ın məlumatına görə, ölkəsinin “Super Sport FM 104” radiosuna açıqlama verən veteran futbolçu APOEL-in daha yaxşı çıxış etməli olduğunu söyləyib:
"APOEL üçün önəmli olan Bakıda məğlub olmamaq idi. Qrupun qarşıdakı iki matçında qələbə arzulayırıq. Komandanın yaxşı potensialı var. Zəif nöqtələrimizi yaxşılaşdıraraq, bunu bacara bilərik. Sahib olduğumuz materialla bir pillə də irəliləməliyik. Keyfiyyətli futbolçularımız olsa da, eyni səviyyədə oyun göstərməkdə çətinlik çəkirik. Fikrimcə, komandamız daha yaxşı çıxış etməlidir. Bir futbolçu ümumi ansambldan geri qaldıqda komanda çətinliklə üzləşir".
65 yaşlı mütəxəssis ən böyük çatışmazlığının yarımmüdafiə xətti olduğunu bildirib:
"Məşqçinin hansı sistemdə oynadığına fikir vermirəm. APOEL-lə bağlı bir məqamı xüsusi qeyd etməliyəm. Oyunçuların səviyyəsini müzakirə etmirəm. Ancaq mərkəz rəqib üçün boş dəhlizə çevrilir, futbolçular ləng davranır. Nə qədər yaxşı olursan-ol, ürəyin yavaş döyünürsə, deməli, yaradıcılıqla bağlı probleminiz var. Daha yaxşı oynamağın lazım olduğunu deyəcək futbolçu yoxdu. Balans yaradacaq, sizi təəccübləndirəcək oyunçulara ehtiyac var".
Qeyd edək ki, bu komandalar arasında cavab görüşü noyabrın 7-də Nikosiyada keçiriləcək.