Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlı müğənni ad günündə nişanlandı - FOTO

Azərbaycanlı müğənni ad günündə nişanlandı - FOTO

Tarix: 18 Iyul 2023 21:45

Müğənni Sevinc Musayeva nişanlanıb. 

Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, məclis sənətçinin ad günündə, iyulun 17-də baş tutub. İfaçı nişanından fotoları sosial şəbəkədə yayımlayıb və bəyin üzünü gizlədib.

Sevinc bildirib ki, molla kəbini də kəsdiriblər:

"Ad günümdə "hə" dedim. Hər ikimiz müdrik yaşda və sadə olduğumuz üçün dəbdəbəli, görüntülü məclisləri sevmirik. Sadəcə, valideynlərin icazəsi ilə oz aramızda bu xoş günümüzü qeyd edib, bir birimizə halal olmaq üçün kəbin kəsdirdik. Nikah birdəfəlik toyda olacaq, inşalla. Hər ikimizin atalarının ruhu şad oldu. "Hə" dediyim insanın kim olduğunu toyumuzda biləcəksiniz. Özünü zəmanə çirkinliklərindən, bataqlıqlarından qoruyan, ağıllı, zəhmətkeş, gözü və ürəyi tox, tərbiyəli, özünə hörmət edən Azərbaycan xanımlarına və oğlanlarına bu gözəl münasibətdən, təmiz niyyətdən, qarşılıqlı sevgidən qismət olsun.

Çoxları elə bilirdi ki, Sevinc Musayeva ailə qurmaq üçun pullu, yaraşıqlı, maşınları, villaları olan, ana-ata hesabına yaşayan ağ atlı oğlan gözləyir. Bilmirdilər ki, Sevincin dəyər verdiyi məqamlar başqadır".

Sevinc bəyin fotosunu yayımlasa da, onun üzünü gizlədib.

Milli.Az


Etiketlər:  Azərbaycanlı müğənni günündə nişanlandı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ