Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Simonyan: Zelenskinin ofisi, Rada hələ də vurulmayıb?

Simonyan: Zelenskinin ofisi, Rada hələ də vurulmayıb?

Tarix: 19 Iyul 2023 02:30

"Rossiya Seqodnya" media qrupunun və RT kanalının baş redaktoru Marqarita Simonyan Krım körpüsünün partladılmasına reaksiya verərək, Kiyevin mərkəzinə cavab zərbələri endirilməsinə eyham vurub.

Milli.Az Axar.az-a istinadən bildirir ki, o, bu barədə Teleqram kanalında yazıb.

"Bankovaya (Kiyevdə Ukrayna Prezidentinin Ofisinin yerləşdiyi küçə) hələ də yerindədir, yoxsa orada artıq nəhəng quyu (bomba partlayışında yaranmış çuxur - red.) var? Bəs Radanın binası hələ də dağıdılmayıb? Bəs Dnepr üzərindəki körpülər haqqında nə demək olar? Hələ də durur?" - o bildirib.

Qeyd edək ki, 17 iyulda Krım körpüsünü 2 dronla hücum edilib, nəticədə dağıntı var və iki nəfər ölüb.

Milli.Az


Etiketlər:  Simonyan Zelenskinin ofisi Rada hələ vurulmayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ