Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qaxda 32 yaşlı kişi qohumunu güllələyib

Qaxda 32 yaşlı kişi qohumunu güllələyib

Tarix: 19 Iyul 2023 09:42

Ötən gün axşam saatlarında Qax rayonunun Almalı kəndi ərazisində rayon sakini Turan Məmmədovun odlu silahdan açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, ilkin araşdırma zamanı T.Məmmədova qohumu, 1991-ci il təvəllüdlü Cavidan Məmmədov tərəfindən ov tüfəngi ilə xəsarət yetirildiyi müəyyən edilib.

C.Məmmədov saxlanılıb və ondan cinayətdə istifadə etdiyi həmin ov tüfəngi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Milli.Az


Etiketlər:  Qaxda 32 yaşlı kişi qohumunu güllələyib


RƏYLƏR