Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İnsanları mənzil başına deyil, ölümə aparan 141 nömrəli AVTOBUS... - VİDEO

İnsanları mənzil başına deyil, ölümə aparan 141 nömrəli AVTOBUS... - VİDEO

Tarix: 20 Iyul 2023 00:32

Avtobus sürücüləri qayda pozmaqda davam edirlər.    

Sürücülər qəza riski yaradan, riski artıran əməllərindən əl çəkmirlər. Görüntülərdən göründüyü kimi, sürücü avtobusda telefonla oynayır, əllərini sükandan çəkərək kiməsə mesaj yazır.

Bununla da sərnişinlərin həyatını təhlükəyə atırlar.

Sosial şəbəkələrdə yayılan görüntülər Paytaxtın Mərdəkan qəsəbəsindən Neftçilər metrostansiyasına doğru hərəkət edən 141 nömrəli avtobusda qeydə alınıb.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, sərnişinlər deyir ki, belə kobud qayda pozuntularına yol verən sürücülər onları sanki ölümə aparır.

"Sərnişinlər məsuliyyətsiz sürücülərə qarşı sərt tədbirlərin görülməsini istəyirlər."

Daşıyıcı şirkətdən bildirildi ki, sözügedən görüntülərlə bağlı araşdırma aparılıb və lazimi tədbirlər görülüb. Həmin sürücü artıq işdən azad olunub.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.

Milli.Az


Etiketlər:  İnsanları mənzil başına deyil ölümə aparan 141 nömrəli AVTOBUS VİDEO


RƏYLƏR